Infoteka.az
Dünya

Zelenski Ukraynada çətənənin leqallaşdırılması haqqında qanun İMZALADI

Ukrayna prezidenti Volodimir Zelenski tibbi sirr adı ilə məşhur olan çətənə bitkisinin (cannabis) leqallaşdırılması haqqında qanunu imzalayıb.

Qanun layihəsi bu gün parlamentə məxsus “Ukraynanın səsi” qəzetində dərc olunub.

Qanun rəsmi dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi çətənənin yalnız tibbi, sənaye və elmi fəaliyyətlər üçün istifadəni tənzimləyir. Sənəd çətənə əsaslı dərmanların tibbi istifadəsini sadələşdirir və hökumətə dərmanların siyahısını genişləndirmək tapşırığı verir.

Infoteka.az