Belçikanın ikinci ən böyük hava limanı Şarlerua sərnişinlərin yoxlanılmasını təmin edən "Security Masters" şirkətinin təhlükəsizlik işçilərinin tətili səbəbindən ölkədən uçuşları dayandırır.
İnfoteka.az TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının administrasiyası məlumat yayıb.
Müvafiq qərar oktyabrın 19-dan qüvvəyə minir. Buna baxmayaraq, ölkəyə gələnlər üçün hava limanı adi rejimdə çalışacaq.
Daha əvvəl Şarlerua hava limanı oktyabrın 18-ə planlaşdırılan uçuşların dayandırıldığını elan edib. "Belqa" xəbər agentliyinin məlumatına görə, şirkətin mühafizəçiləri ixtisarlar olacağından ehtiyat edərək tətilə başlayıblar.