Infoteka.az
Dünya

Navalnının cəsədi morqdan yoxa çıxıb

Rusiyalı müxalifət lideri Aleksey Navalnının cənazəsi Yamalo-Nenets Muxtar Dairəsinin Salekhard şəhərində yerləşir.

Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış anasına verilən rəsmi bildirişə istinadən məlumat verib.

“Onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərildiyi kimi baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salekharda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri cəsədi aparıblar. Hazırda bununla bağlı araşdırmalar aparırlar”, - deyə Yarmış özünün “X” hesabında yazıb.

Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salekhard morquna getsələr də, morq  bağlı olub:

“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona bildirilib  ki, bu gün Navalnıya görə zəng edən yeddinci şəxsdir. Əminik ki, həmin morqda Alekseyin cəsədi yoxdur”.

Infoteka.az