İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani hesab edir ki, Ukraynanın dərhal NATO-ya daxil olması “hamı üçün təhlükəlidir” və bu məsələ ehtiyatlı yanaşma tələb edir.
Bu barədə Tajani Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə keçirilən müzakirələrdən birində deyib.
İtaliyalı nazir Ukrayna nümayəndəsinin “münaqişə dövründə Ukraynanın NATO-ya qəbulunun qeyri-mümkün olması” ilə bağlı sualına cavabında bildirib ki, "hazırda Ukraynanın NATO-ya daxil olması hamı üçün təhlükəli olardı, çünki siz Rusiya ilə müharibə vəziyyətindəsiniz".
"Bu, NATO ölkələrinin işə qarışmasına gətirib çıxarır və buna görə də bu məsələdə diqqətli olmalıyıq", - deyə Tajani qeyd edib.
Dünya