Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü baş tutacaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”, deyə o, qeyd edib.
Siyasət