Avropa İttifaqı (Aİ) iqtisadi artım proqnozunu aşağı salıb.
Aİ Komissiyası alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələrinin kreditləri azaltması səbəbindən bu il Avrozonada iqtisadi artım gözləntisini 0,8 faizə endirib.
Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları Qış 2023” hesabatı dərc olunub.
Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,5 faiz, 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,5 faiz, 2024 və 2025-ci ildə isə 0,8 faiz artacağı gözlənilir.
Aİ Komissiyasının əvvəlki “Payız” hesabatında Aİ-nin 2023-cü ildə 0,6 faiz, 2024-cü ildə 1,3 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozonanın 2023-cü ildə 0,6 faiz, 2024-cü ildə isə 0,6 faiz, 2025-ci ildə 1,2 faiz və 1,6 faiz artacağı proqnozlaşdırılıb.
Son hesabatla Aİ və Avrozonanın artım proqnozları aşağıya doğru yenidən nəzərdən keçirilib. Belə ki, Avrozonada bu il üçün artım proqnozu 1,2 faizdən 0,8 faizə endirilib.
Hesabatda keçən il Aİ-də inflyasiyanın 6,3 faiz, Avro Bölgəsində isə 5,4 faiz olduğu, bu il inflyasiyanın Aİ-də 3 faiz, Avro bölgəsində isə 2,7 faiz azalacağı, 2025-ci ildə isə inflyasiyanın aşağı Aİ-də 2,5 faiz, Avrozonada isə 2,2 faiz olacağı proqnozlaşdırılıb.