Infoteka.az
Siyasət

Azərbaycan Prezidenti: Türkiyə ilə ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir

Cənab Prezident Ərdoğanın dediyi kimi, bizim bir yerdə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. 

“Enerji, nəqliyyat təhlükəsizliyi – bütün bunlar bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Və ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar, bəlkə də, 5-6 il bizim heç yuxumuza da gələ bilməzdi ki, ticarət dövriyyəsi bu qədər artacaq, ancaq bu reallıqdır. Vaxtilə biz müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik”, - Prezident əlavə edib.

Infoteka.az