Infoteka.az
Dünya

Macarıstan Qərbi Balkan ölkələri ilə bağlı Aİ-yə ÇAĞIRIŞ ETDİ

Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) qısa zamanda qəbul edilməsinə dair çağırış edib.

Siyarto bunun Aİ-nin xeyrinə olacağını qeyd edib.

“Aİ qapılarını açıb Qərbi Balkan ölkələrini qəbul edərsə, oraya kimin təsir göstərməyə çalışdığının artıq əhəmiyyəti olmayacaq. Avrointeqrasiya prosesinin ləngiməsi bu ölkələrin vətəndaşları arasında Aİ-yə qarşı məyusluğu və şübhəni artırır”, - deyə nazir bildirib.

Infoteka.az