Polşada fermerlər Ukrayna məhsullarını boykot etməkdə davam edirlər.
Etiraz edən polşalı fermerlər Ukrayna ilə sərhəddə dəmiryolunu bağlayıblar.
Etirazçılar dəmir yolu relslərinin üzərinə tikinti tullantılarını töküblər.
Qeyd edək ki, Polşada fermerlər, Aİ-nın Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər.