Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Yanğın nəticəsində məktəbin həyətində 0,5 kvadratmetr sahədə taxta qırıntıları yanıb.