Bu gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı artıq azadlığa buraxılıb.
“Kamil Zeynallı azadlığa buraxılıb. O, bu gün Bakıya geri qayıdacaq”.
Bu barədə azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.
Onun bu gün Bakıya qayıdacağı bildirilir.
Qeyd edək ki, Kamil Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunurdu.