Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib.
Həmçinin qeyd olunub ki, paketə yeni sənaye sahələri daxil edilməyib, bundan öncə məhdudiyyətlər tətbiq edilən sənaye sahələri üzrə fəaliyyət göstərənlərin siyahısı genişləndirilib.