Fransanın radarları və gecəgörmə cihazları bu gün Ermənistana gətiriləcək.
Bu barədə Figaro nəşri yazıb.
Mənbə xatırladır ki, 2023-cü ilin oktyabrında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalayıb. Sənədə üç Ground Master radarının (GM200), həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.
Thales Korporasiyası tərəfindən istehsal olunan radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir, gecə optikləri isə Safran Korporasiyası tərəfindən istehsal olunur.
Sənədə əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.