Infoteka.az
İdman

Azərbaycan futbol tarixində İLK: "Qarabağ" Avropa Liqasının 1/8 finalında

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.

Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat  "Qarabağ"ın 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi 1/8 finala adlayıb.

Bu, Azərbaycan futbolu tarixində ilkdir.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Infoteka.az