ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin aprel müqaviləsinin dəyəri 0,49% azalaraq 1 barelə görə 83,26 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,56% azalaraq 78,17 dollar olub.