Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.
O, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.
“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək. Ermənistan suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov bildirib.
Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib:
“Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə getmək yolunu seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.