Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir:
“Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.