Infoteka.az
Dünya

İsveç Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardım göstərəcək

İsveç Ukraynaya 74 milyon kron (7,19 milyon dollar) məbləğində humanitar yardım göstərəcək.

Bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin (Sida) press-relizində deyilir.

Pul Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yönəldiləcək və səhiyyənin dəstəklənməsinə, həmçinin su, qida, istilik və elektrik enerjisinə çıxışın təmin edilməsinə sərf olunacaq.

Infoteka.az