"Bu günədək 3 300-ə yaxın insan mina qurbanı olub”.
İnfoteka.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zaman deyib.
Onun sözlərinə görə, erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın geri qaytarılması bu gün ölkəmiz qarşısında dayanan prioritet məsələdir: "Son iki ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard dollardan artıq vəsait yönəldilib. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur ermənilər tərəfindən tamimlə məhv edilib. İndi həmin ərazilərin sıfırdan bərpası lazımdır. Lakin ermənilərin həmin əraziləri minalarla çirkləndirilməsi yenidənqurma və bərpa işləri qarşısında dayanan əsas maneədir. Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin dəqiqliyi isə heç 25 faiz deyil. Bu günə qədər 3 300-ə yaxın insan mina qurbanı olub”.