Infoteka.az
Hərbi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, - hərbi qurum açıqlayıb.

Infoteka.az