Rusiyalı müğənni Zivert (Yuliya Sievert) səhnədən müvəqqəti olaraq ayrıldığını elan edib.
Bu barədə ifaçı sosial media hesabında yazıb.
Onun sözlərinə görə, buna səbəb ifaçının səhhətində yaranan problemlərdir. Zivert növbəti 6 ay ərzində planlaşdırılan bütün konsertlərini və çıxışlarını ləğv edib.