...Bu arada Belarus lideri Lukaşenko daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Nikolay Karpenkovu və daxili işlər naziri İvan Kubrakovu “vaqnerçiləri həddən artıq tərifləməkdə” ittiham edib.
Maraqlıdır niyə?
...Biz çox yaxşı başa düşürük ki, hazırda Belarusda olan “vaqneritlər” təkcə hərbi kadrların hazırlanması üzrə tapşırıqları yerinə yetirmir, onlar həm də Lukaşenkoya “nəzarət edirlər”? Yəni Belarus lideri Moskvanın hər hansı bir əmrini yerinə yetirmədiyi təqdirdə onu hakimiyyətdən uzaqlaşdırıla bilərlər?
Nə bilmək olar, amma...
Bunu siyasi ekspert, Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienkoya bəyan edib.
...Və eyni zamanda, ukraynalı ekspertə görə, Karpenkov və Kubrakov yoldaşlar “vaqneritlər”dən məmnundurlar və onların yaxşı işlər gördükləri haqqında təbliğat aparırlar.
...Düşünürəm ki, Lukaşenko başa düşür ki, rus agentləri nə vaxtsa Belarus məmurlarını korrupsiyaya uğradacaq və ya qorxudacaq “vaqnerçilər” vasitəsilə təqdim oluna bilər. Rusiyanın təsir rıçaqları gücləndirilir. Lukaşenko bundan qorxur, siyasi həyatda qalmaq üçün mübarizə aparır.
Təbii ki, bu fikirləri izhar edən Musienkoya görə, guya Lukaşenko , Putin rejiminin zəifləyə və ya yıxılacağı təqdirdə onu nə gözləyəcəyini yaxşı başa düşür. Ona görə də, Rusiya təsir faktoru şəxsən onun rejimini təhdid edəndə o, reaksiya verməyə başlayır?