Bu gün Xocalı azaddır, ötən il birgünlük antiterror tədbirləri ilə Xocalı azad edildi. Lakin ermənilərin 32 il əvvəl Xocalıda törətdiyi faciə yüz illər bundan sonra da yaddaşımızdan silinməyəcək. Çünki buna bizim haqqımız yoxdur. Elə bu baxımdan da Xocalı faciəsi günü ərəfəsində Xocalını yada salır və ermənilərin törətdiyi vəhşilikləri bir daha xatırlayırıq.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi faciə dünyada analoqu olmayan faciə kimi tarixin səhifələrinə həkk olundu. Həmin gecə yuxuda olan xocalılar gecə yarısı pəncərələrində gün işığına bənzər aydınlıq görərkən sabahın açıldığını güman etmişdilər. Lakin səhərin açılmasına hələ saatlar vardı. Səhər açılmırdı, pəncərələrdəki də gün işığı deyildi. O gecə pəncərələrdəki səhərə açılan faciə idi. Ermənilərin pəncərələrə saldığı işıq əslində zülmət idi. Gəldiklərini, həyatlara nöqtə qoymaq üçün vəhşi heyvan sürüsü kimi gəldiklərini, faciə törədəcəklərini bildirən işarə idi. "Qalxın, sizin üçün gəlmişik" demələri, o gecənin qurbanlarına sonuncu süni bir səhəri göstərmələri idi o işıq...
O "işıq" müdhiş gecənin başlanğıcı idi. Və beləcə də başladı. Birazdan yuxudan qan-bağır oyanan insanlar onları nələrin gözlədiyindən xəbərsiz şəkildə əyinlərinə geyinməyə pal-paltar axtararkən nadan düşmən buna da vaxt vermədi. Şirin yuxudan oyanan insanların qulaqları gülləbaran səsi ilə doldu. Qapıları təpiklə açıldı. Pəncərələrinin şüşələri silahın qundağı ilə çiliklənib yerə səpələndi.
Onlar gəlmişdi...
Ermənilər gəlmişdi. Yeni bir faciə törətməyə, yeni bir soyqırımı aktını həyata keçirməyə gəlmişdilər. 1905, 1918, 1948-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində törətdikləri soyqırımların davamına gəlmişdilər.
Əslində onlara bu faciə üçün şərait yaradılmışdı. Yoxsa erməni kim idi ki, istədiyi vaxt istədiyi hadisəni törətsin. 1990-cı illərdə ölkəmizdə rəhbərlikdə olanlar Qarabağ torpaqlarını rus imperiyasının başında dayananlarla birlikdə ermənilərə satmışdı. Bu səbəbdən də torpaqlarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal olunurdu. Xocalı da satılan torpaqlardan idi.
O müdhiş gecədə törədilən vəhşilikdən hələ cahan xəbərsizdir. Dünyanın heç bir qütbündə insan övladına qarşı bu cür vəhşilik, fəlakət törədilməyib. O gecə azərbaycanlılara qarşı törədildi bu faciə. Qışın şaxtalı, ayazlı gecəsində Xocalı sakinləri isti yataqlarından qaldırıldı. “Sizə qarşı qətliama gəlmişik, ayağa qalxın”,- deyildi onlara. İnsanlar gecənin yarısında təşviş içərisində küçələrə salındı. Əyniyalın, paltarsız uşaq-böyük süngü, silah ucunda evlərindən çıxarıldı. Güllələndi, öldürüldü. Süngülərə taxıldı. Qalanlar isə canlarını qurtarmaq üçün meşələrə üz tutdular. Əslində, qarşıda onları nə gözləyəcəyini bilsəydilər, heç qaçmağa cəhd etməzdilər. Elə qapılarının ağzında, həyətlərində bu dünyaya “əlvida” deyərdilər.
Bəli, xocalılılar onları qarşıda nələrin gözlədiyindən xəbərsiz idilər. Xəbərsiz idilər ki, ermənilər onları qarabaqara izləyəcək. Bir nəfər sağ qalmasın deyə öldürəcək. Hələ üstəlik onların cansız bədənlərini cismani cəzaya da məruz qoyacaq, sağ qalanları isə əsir aparıb olmazın zülmlərini verəcəkdilər.
Dinləmək çox ağır idi
13 yaşlı qızcığaz da həmin gecə ölməyib sağ qalanlardan idi. Anası ilə birlikdə qaçır, qaçır, çıxış yolunun harada olduğunu bilmədən qaçırdılar. Çıxış yolu yox idi o gecə. Çünki arxanda erməni qədər qatı, əzazil bir düşmən vardı. “Bunların dərdi torpaq dərdi deyildimi?”,- deyə fikirləşirsən. Torpaqlarımızı alıb “böyük Ermənistan” yaratmaq iddiasında deyildilərmi? Torpağın onlara satıldığını bildikləri halda bəs insanların başına nə üçün o cür oyun gətirirdilər? Deməli, onların tək gözü ac deyildi. Həm də insanlıq, adamlıq aclığı varmış bu canilərin qanında, ruhunda. Odur ki, insanlığa yaraşmayan hərəkətlərin hər birini həyata keçirdilər.
Artıq 26-sı səhər saatlarında o müdhiş gecənin qurbanlarının üzündə, bədənlərinin müxtəlif nahiyələrində erməni zülmkarlarının nişanələri görünürdü. Öldürülmüş insanların gözlərinin oyulması, dərilərinin soyulması, dəlmə-deşik edilməsi görəsən hansı insanlığın nəsibidir?
Həmin gecə 13 yaşlı qızcığaz və anası da ermənilərin əsir apardığı insanların arasında idi. Mən bu barədə həmin o qızın danışdıqları əsasında hazırlanmış qısametrajlı filmə baxarkən neçə dəfə öldüm, neçə dəfə dirildim, sayını itirdim. Onu sonadək dinlədiksə sanki yerin yeddinci qatından hansısa bir qüvvənin məni aşağıya doğru çəkdiyini, müvazinətimi itirdiyimi hiss edirdim. Çünki çox ağır idi. Onu dinləmək çox çətin idi.
13 yaşlı qızın faciəsi
13 yaşlı qızı anasının qoynundan saqqallı, yekəpər, üz-gözündən zəhrimar yağan bir erməni dartıb aparır. Əli anasının əlindən dəqiqələrlə dartışmadan sonra zorla qoparılan qızcığazın zorla uşaqlığını alıb aparır erməni cəlladı. Elə oradaca bu qızcığazın uşaqlığını nöqtələyir, onu yeni, qan-bağır olacağı bir həyata aparır. Başına anlar sonra nə gələcəyini təxmin belə edə bilməyən bu qızcığaz erməninin kobud əllərinin sardığı biləyini nə qədər etsə də, onun əlindən qopara bilmir. Əvəzində şiddətli bir sillə alır və yerə yıxılaraq huşunu itirir.
Bir ananın gözləri önündə balasına verilən bundan ağır zülm nə ola bilər?.. Axı ana onun nə üçün dartıldığını, hara, nə məqsədlə aparıldığını da yaxşı bilirdi. Bütün bunların fonunda bu anadan bədbəxt qadın ola bilərdimi o anda? Xeyr, ola bilməzdi. Kaş ki, bir daş götürüb balasının başına çırparaq onu öldürərdi ana, amma bunu etməmişdi. Bəlkə də edə bilməmişdi. Lakin kaş ki, edərdi. Biz bəzən övladımıza qıymaya-qıymaya onu daha da böyük fəlakət gözlədiyindən xəbərsiz oluruq.
Göz yaşları sel olub axan ananın nəzərləri balasının üzündə idi. “Kaş ki, elə bu şillə ilə ölə, heç oyanmaya”,- deyə düşünürdü və ananın bu an ondan böyük arzusu da bilməzdi. Çünki oyanan anda balasını nələrin gözlədiyini bilməkdən dəhşətli heç nə ola bilməzdi.
Çox təəssüf ki, qızcığaz bir qədər sonra gözlərini açır. Yıxıla-qalxa ayağa qalxdığı an o yekəpər onun biləyindən yapışıb leylək kimi dik götürüb qarşıdakı binaya doğru yollanır. Arxada ananın harayı... Qarşıda qızcığazın harayı... Bu haralar bir-birinə qarışdıqca qarşıdakı hadisənin dəhşətindən söz açırdı...
Xocalı sakini və Xocalı qurbanı olan qız o anları dəhşətlə danışırdı. Bu söhbəti dinlədikcə əllərimi elə sıxmışdım ki, dırnaqlarım ətə keçmişdi. Dodaqlarımı elə sıxmışdım ki, qanayırdı. Lakin yaşadıqlarımın heç biri o dəhşətin kölgəsi belə ola bilməzdi. Ona görə də sonadək dinlədim. Dinlədim ki, ermənilərə daha çox nifrət edim. Dinlədim ki, yazım, hər kəs oxusun. Bütün gənclərimizin, uşaqlarımızn erməniyə kini-nifrəti birə-beş qat artsın. Unutmayaq. Unutmayaq ki, yenidən bu kimi anları yaşamayaq. Onlardan böyük, qəddar düşmənimizin olmadığını unutmayaq.
13 yaşlı qız az sonra insandan çox canavara bənzəyən “kişinin” zorakılığı ilə qadın olur. Bu anda qızcığaz huşunu itirir. Huşsuz vəziyyətdə nə qədər qaldığını bilmir. Onu bilir ki, oyanan kimi bir-birinin ardınca bir necə belə canavarın yenidən qurbanı olur. Ağrıyır, sızlayır, yenidən huşunu itirir. Döyülür, şillələnir, döşəmənin üzərinə itələnir. Oyananda yenidən canavarlarla qarşılaşır. Bu canavarlar ona olmazın əzabını yaşadırlar. 13 yaşlı qızcığaz onların yeminə çevrilir. Yenidən huşunu itirir, oyananda yenə də o sərxoş vəhşilərin oyuncağı olur.
Onu döydüklərini zənn edir
13 yaşlı qız bütün bunları onu döyürlərmiş kimi qəbul edir. Ağlayır, göz yaşını axıdır. Ağrıdan huşunu itirirdi. Oyananda yenə də onu döyəcəkdilər. Bu səbəbdən də ətrafdakı əşyaların altına girir, yanına sığınırdı, onlara ümid aparırdı. Düşünürdü ki, burada məni görə bilməyəcəklər. Lakin düşmənin gözü onun üzərində idi. Oyanmasını gözləyirdi. Üstünə hücum etmək üçün gözlərini dörd açmışdılar. Onun gizlənməsinə, özünü müdafiə etməsi üçün hərəkətlərinə vəhşicəsinə qəhqəhə çəkirdilər. Və yenidən onu sürüyərək canavar kimi zorlayırdılar.
Dünyanın harasında olduğunu, nə yaşadığını anlamayan 13 yaşlı qızcığaz isə bütün bunları yenidən döyüldü kimi qəbul edib ağlayırdı və huşunu itirirdi... Başına gətirilən bu oyunları ermənilərin onu döyməsi sanırdı... Buradan sağ-salamat qurtarcaqdısa, sonralar, lap sonralar nə olduğunu anlayacaqdı. Bir qədər böyüyəndən, həyatı dərk edəndən sonra anlayacaqdı.
Azad olunur, lakin...
Həyatın işlərini də bilmək olmur, alına yazılanları da. Gün o gün olur ki, qızcığazımız erməni əsirliyindən azad olunanlar arasında olur.
İllər ötür, böyüyür. Və böyüdükcə yaşadığı o anlar da onunla böyüyür. Çünki anlamağa başlayır. Erməni canavarlarının onu döymədiyi, təhqir etdiyini anlamağa başlayır. Anladıqca da o anlarda ölmədiyinə təəssüf edir. O hadisəni heç cür gözləri önündən kənarlaşdıra bilmir. O hadisələr anbaan bu vaxtından çox-çox əvvəl qadın olan qızın kabusuna çevrilir. Zorla, vəhşiliklə qadın olması...
***
Mən ona qadın yox, qız deyə müraciət edirəm. Çünki o, bizim üçün elə 13 yaşında, uşaqlığında qalıb. O bizim üçün böyüməyib, 92-də qalıb. Zaman 32 illik kəsiklə araya girsə də, zamanın o başında 13 yaşında olan o qız bizim üçün elə o qızdır.
Nifrət edir həyata o qız. Çünki uşaqlığı əlindən alınıb. Çünki oyuncağı əlindən alınıb. Əvəzində ona yaşından çox-çox böyük olan elə bir an bəxş olunub ki, həyatını alt-üst edib. Yaşadığı müddətdə bir an belə unuda bilməyəcəyi, onunla üz-üzə dayanan anları bəxş edib. Bir qızın istəklərini məhv edib o anlar. Sevgi əvəzinə zorlanmanı bəxş edib.
***
Erməni zülmündən əziyyət çəkən, zərər görən, məhv edilən bir həyatdan danışdıq. Halbuki yüzlərlə belə yaşananlar olub. İstər kişilər, istər qadınlarımız, istər uşaqlar, istər böyüklərimiz, ağsaqqal-ağbirçəklərimiz erməni vəhşiliyinin müxtəlif formaları ilə üzləşiblər. Nə həyatlar məhv edilib, nə həyatlar yarımçıq qalıb, nə arzular bax bu qızın arzuları kimi gömülüb...
Xocalının o müdhiş gecəsi bu qızcığazımız kimi neçə-neçə qızlarımızın qara alın yazısı olub. Bütün varlığı-ata-anası, bacı-qardaşı, evi-eşiyi, sevinci, xoş günü ilə son olaraq 24 fevralda qalan soydaşlarımız var. Yaşadıqları o günləri bir gün sonra-25-dən 26-na keçən gecədən ta bu günədək bir daha yaşamayan insanlar...
Torpaqlarımız alınsa da, işğal etdikləri ərazilərimiz ermənilərdən bir-bir qoparılsa da, bu kimi inşaların qisasları alınsa da, onlar o anları yaşayıblar. O anlar indi onlarla ya torpağın altındadır, ya da üstündə. Lakin fərq etməz, gün sanki o gündür. İndicə yaşamışlar kimi hiss edirlər özlərini. Çünki Xocalı sakinləri elə bir vəhşilik yaşayıb ki, o anlar onlar üçün hər günü 26 fevral edir... 45-ə yaxın yaşı olan o qızımız kimi. Bizim 13 yaşında qadın olan o qızımız kimi... Heç bilmirəm, indi o, ailəlidir, yoxsa travmaları buna imkan verməyib, harada yaşayır, lakin bildiyim odur ki, o mənim gözümdə 13 yaşlı bir qızdır. Anasının əlindən bərk-bərk tutmuş, ondan imdad istəyən bir qız.
Erməni zülmü bax, budur, əziz oxucularımız. Oxuyun və heç vaxt unutmayın. Övladlarınıza danışın, qoy hər bir azərbaycanlı uşaq yaşıdının əzabı haqqında məlumat alsın. Xalqımıza yaşadılan bütün soyqırımlarında belə dəhşətlər olub. Bunları unutmayaq. Unutmayaq ki, ermənidən qəddar düşmənimizin olmadığını da qulağımıza sırğa edək.
Mətanət Məmmədova