Infoteka.az
Mədəniyyət

Berlinalenin ən yüksək mükafatına “Daqomeya” filmi layiq görülüb

Berlində 74-cü Beynəlxalq Film Festivalı başa çatır. Müsabiqəsinin münsiflər heyətinə aktyor və rejissorlarla yanaşı, məşhur Ukrayna yazıçısı Oksana Zabujko da daxil edilmişdi.

Qeyd edək ki, festivalın əsas mükafatı olan “Qızıl ayı”ya fransız rejissoru Mati Diopun “Daqomeya” filmi layiq görülüb.

Film Daqomeya krallarının xəzinəsindən 19-cu əsrin sonu və 2021-ci ilə qədər Avropaya ixrac edilən və Quai Branlydəki Paris muzeyinin kolleksiyasında olan 26 sənət əsərinin Beninə qaytarılmasından danışır.

Nelson Karlos de los Santos Arias “Ən yaxşı rejissor” nominasiyasında “Gümüş Ayı” mükafatına layiq görülüb. Pepe filmində o, narkotik sərkərdəsi Pablo Eskobarın şəxsi heyvandarlığı üçün Namibiyadan Kolumbiyaya aparılan bir begemotdan bəhs edir.

Yenilikçi kinonu həvəsləndirmək üçün nəzərdə tutulan ikinci Collisions müsabiqəsində əsas mükafat Guillaume Caillot və Ben Russell-in çəkdikləri sənədli filmə verilib.

Qeyd edək ki, Rusiya istehsalı olan filmlər Berlinaledə iştirak etməyib.

Infoteka.az