Infoteka.az
Dünya

“Donald Tramp Putini tanımır” - Zelenski

“ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynanı deyil, Rusiyanı dəstəkləməyi qərara alarsa, onun mövqeyi amerikalıların əleyhinə olacaq”.

Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

O, qeyd edib ki, ABŞ prezidentliyinə namizədin Putinin tərəfində necə ola biləcəyini başa düşmür:

“Bu, inanılmazdır. Düşünürəm ki, Donald Tramp Putini tanımır. Mən bilirəm ki, onunla görüşüb, amma Putinlə heç vaxt döyüşməyib. Amerika ordusu heç vaxt Rusiya ordusu ilə vuruşmayıb”.

Infoteka.az