Infoteka.az
İdman

Messi və Cokoviç idman “Oskarı”na iddialılar arasındadır

Mükafatlandırma mərasimi aprelin 22-də Madriddə keçiriləcək nüfuzlu “Laureus” illik mükafatına namizədlərin adları açıqlanıb.

İdman “Oskar”ı adlanan mükafata namizədlərin səkkiz kateqoriya üzrə siyahısı təşkilat komitəsinin saytında dərc olunub.

İlin ən yaxşı idmançısı mükafatına namizədlər futbolçular Lionel Messi (2023-cü ildə mükafatlandırılıb) və Erlinq Haaland, tennisçi Novak Cokoviç, “Formula 1” pilotu Maks Ferstappen, dirəklə tullanma üzrə idmançı Armand Duplantis və qaçışçı Noa Laylsdir.

“İlin Qadın İdmançısı” mükafatına futbolçu Aitana Bonmati, dağ xizəkçisi Mikaela Şiffrin, tennisçi İqa Sviatek, qaçışçılar Şerika Cekson, Şa’Karri Riçardson və Feyt Kipyeqon namizəddir.

Infoteka.az