İşğaldan azad edilmiş ərazilərdə müasir tələblərə uyğun yeni infrastruktur layihələrinin həyata keçirilməsi həmin ərazilərin su və torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması ilə intensiv kənd təsərrüfatının inkişafına geniş imkanlar yaratmaqdadır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov deyib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlarla həyata keçirdiyi vacib layihələrdən biri də “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanı çərçivəsində həyata keçirilən ərzaqlıq buğda proqramıdır. Proqramın hədəfi hazırda ölkə üzrə mövcud olan 60 min ha pivot suvarma sistemlərini gələcəkdə 200 min hektaradək artırmaqdır.