ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanla görüşəcək.
Bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadən yazıb.
Bildirilib ki, Donald Tramp gələn həftə Macarıstanın Baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo kurortunda qəbul etməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, görüşün martın 8-də baş tutacağı gözlənilir.