Infoteka.az
Sosial

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilir

Martın 3-də Dövlət İmtahan Mərkəzi Ağdərə rayonu Talış kənd tam orta məktəbində buraxılış imtahanı keçirir.

Mərkəzdən bildirilib ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır.

Xatırladaq ki, martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Respublikanın 30 şəhər və rayonunda təşkil olunan imtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulur.

Infoteka.az