Infoteka.az
Dünya

Texas qəzeti seçkilərdən sonra ştatın ABŞ-dan ayrılması riski barədə məlumat yayıb

Texas ştatı 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra Amerika Birləşmiş Ştatlarından ayrılma prosesinə başlaya bilər. 

Bu barədə yerli “Dallas Morning News” qəzeti məlumat yayıb.

Məlumata görə, Texasda “müəyyən şərtlər altında” ştatın ABŞ-dan ayrılmasını müdafiə edən “həyəcanverici sayda” seçkili vəzifəyə namizədlər var. Onların 150-dən çoxunun “Texası geri al” adlı vəd imzaladığı bildirilir.

Sənədə əsasən, siyasətçilərdən dövlətin maraqlarını milli maraqlardan üstün tutması və Texasın müstəqil dövlət statusunun bərqərar olması üçün çalışması tələb olunacaq.

Infoteka.az