Bütün dünyada "Facebook" və "Instagram" da daxil olmaqla bəzi populyar şəbəkələrin işində yaranmış nasazlığın səbəbi məlum olub.
Bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdəki problem Qırmızı dənizdən keçən kabellərin zədələnməsi səbəbindən baş verib.
Belə ki, Yəmənin husi quruplaşması tərəfindən Qırmızı dənizə hücum edilib və nəticədə qlobal trafikin 25 faizini təşkil edən kabellər zədələnib.