"Real"In baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.
İtaliyalı mütəxəssis vergidən yayınmaqda ittiham olunur.
Bu barədə "Relevo" nəşri məlumat yayıb. Ançelottinin "Real"da işlədiyi ilk dönəmdə 1 milyon avrodan çox vergidən yayındığı iddia olunur.
Madrid prokurorluğu 64 yaşlı məşqçinin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.