Infoteka.az
Dünya

Alla Puqaçova qızı Kristinanı və həmkarını TƏHQİR ETDİ

Rusiyanın Xalq artisti Alla Puqaçova 2022-ci ildən sonra ölkəsini tərk edərək Rusiyaya qayıtmaq niyyətində olan qızı Kristina Orbakayte də daxil olmaqla bütün rusları "anormal" adlandırıb. 

Bu haqda əfsanəvi ulduz sosial şəbəkələr hesabında paylaşdığı videoaçıqlamasında danışıb.

O, daha əvvəl Puqaçovanın ayaqlarını öpmək üçün Rusiya Federasiyasına qayıdacağını bildirən Stas Mixaylova müraciət edib və onu söyüb.

Xatırladaq ki, Puqaçovanın qızı Kristina Orbakayte Rusiyada yaşamağa davam edir və heç yerə getmədiyini bildirib. Lakin əvvəllər Kristinanın ailəsi ilə birlikdə ABŞ-da yaşadığı bildirilirdi. 

Qeyd edək ki, 2023-cü ilin noyabrında Puqaçova sosial şəbəkələrdə ruslara, xüsusən də onu tənqid edənlərə müraciət edib. Sonra onları “ləyaqətsiz”, “paxıl” və “girov” adlandırıb. Sənətçi ailəsi ilə birgə Rusiyanı 2022-ci ildə tərk edib. 

Infoteka.az