Qazaxıstan Müdafiə Nazirliyi guya Ukrayna ilə silah və ya komponentlərin tədarükü ilə bağlı aparılan danışıqlar barədə məlumatları təkzib edib.
Açıqlamada deyilir ki, KİV və sosial şəbəkələrdə Qazaxıstanın guya "Ukrspetseksport"la Rusiya hərbi məhsullarının alınması ilə bağlı danışıqlar apardığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qeyd olunub ki, 2022-ci ildən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub.