Xalq artisti Zülfiyyə Xanbabayeva yeni görünüşü diqqətləri üzərinə cəmləyib.
Bir müddət əvvəl saçlarını qısaladaraq tünd rəngə boyayan sənətçi onları uzadaraq sarıya boyadıb.
Xanbabayevanın xeyli çəki ataraq arıqlaması da gözdən qaçmayıb. Estrada ulduzu fərqli və eyni zamanda dəbli görkəmdə obyektiv qarşısına keçib.
Zülfiyyə 180 dərəcə dəyişmiş imicdə çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
