Infoteka.az
İdman

"Milan"ın futbolçusunun evi qarət olunub

İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandesin evi qarət edilib.

İnfoteka.az report-a istinadən xəbər verir ki, oktyabrın 18-də axşam saatlarında 25 yaşlı müdafiəçinin Kassano Magnaqodakı villasına 4 silahlı şəxs girib.

Fransalı oyunçu evdə olmasa da, onun sevgilisi və altı aylıq oğlu villada olub. Soyğunçular bir milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Infoteka.az