İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin "Politico" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hərbi əməliyyat iki aydan çox davam etməyəcək.
"Ola bilsin, altı həftə, bəlkə də dörd həftə çəkəcək", - deyə o əlavə edib.
Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri artıq HAMAS qruplaşmasının terrorçu batalyonlarının 75%-ni məhv edib.
"Biz son hissəyə yaxınlaşırıq", - deyə o bildirib.