Türkiyənin "Fənərbağça" klubu futbolçusu Filip Novakla yollarını ayırıb.
İnfoteka.az İstanbul təmsilçisinin rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Çexiyalı oyunçunun Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasına keçəcəyi gözlənilir.
Qeyd edək ki, Filip Novak 2020-ci ildən "Fənərbağça"da çıxış edib.