“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşa qalasında olublar.
Xarici qonaqlara şəhərin zəngin tarixi haqqında məlumat verilib.
Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.
Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.
Siyasət