Infoteka.az
Mədəniyyət

Faiq Ağayev: “Kiminsə əlinə baxmaq həyatımın sonuncu günü olar”

“Pul mənim üçün rahatlığın və müstəqilliyin vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Mənim həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım”. 

Bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Göstərir radio” verilişində deyib. 

Xalq artisti pandemiya vaxtı pulsuz qalmamaq və yanında çalışan şəxslərə məvacib vermək üçün qarajını satdığını açıqlayıb:  

“Pulum az olanda kefim pozulur. Fikir edirəm. Pandemiya zamanı çox böyük fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 3-4 ay idarə edim. O zaman yanımda çalışan insanlara hər ay maaş verirdim. Bu çox böyük stressdir”. 

Infoteka.az