Infoteka.az
Dünya

Rusiyanın dörd yeni “region”unda hərbi vəziyyət elan edildi

Rusiya Prezidenti Vladimir Putin ölkənin dörd yeni “region”unda hərbi vəziyyət elan edib.

Belə ki, Rusiya lideri qondarma Donetsk və Luqansk Respublikaları, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

O, bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Xatırladıram ki, həmin ərazilərdə hərbi vəziyyət qüvvədə idi və indi biz bu rejimi Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik. Tərəfimdən dörd yeni regionda hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalandı”, - deyə prezident bildirib.

Mənbə: Life.ru

Infoteka.az