Infoteka.az
Sosial

Tahir Mirkişili: Ölkədə hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür

“Ölkədə hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür. 2023-cü ildə ölkəyə 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1.7 milyard dollar vəsait ödənilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2022-ci ilə nisbətən bu say 28.7%, yəni 21 400 ədəd artıb: “2023-cü ildə Azərbaycanda 5200 avtomobil yığılıb. Nəqliyyat problemlərinin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, demək olar, hər kəsin problemin həlli ilə bağlı öz fikri var. İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Problemin həllini isə çoxları yolların genişləndirilməsində, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisində və çoxlu sayda parkinq yerlərinin yaradılmasında görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır”.

Infoteka.az