Infoteka.az
Sosial

Nazir müavini: Taksilərlə bağlı məsələyə dair yeni qərar qəbul olunacaq

Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu üzrə problemlərin həlli üçün diaqnostika aparılıb. Bunun üçün beynəlxalq mütəxəssislər də dəvət edilib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavininin sözlərinə görə, artıq keçən ildən problemin həlli üçün addımlar atılmağa başlanılıb: “Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur”.

Rəhman Hümmətov bildirib ki, taksilərlə bağlı məsələyə dair yaxın günlərində yeni qərar qəbul olunacaq: “Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik. Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”.

Infoteka.az