“Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin fikirləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hippinin “London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir” fikirlərinə şərhində qeyd edilib.
"Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir", - deyə Rusiya XİN-dən bildirilib.
Dünya