Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.
İnfoteka.az-ın oxu.az-a istinadən məlumatına görə, 2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.
Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək”.