Infoteka.az
Dünya

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cəlb olunmasına görə İrana qarşı sanksiyalar tətbiq edib.

İnfoteka.az xəbər verir ki, qərar cümə axşamı dərc edilməklə, yazılı şəkildə təsdiqlənəcək.

Bildirilib ki, üç şəxsə və bir PUA istehsal edən şirkətə qarşı sanksiya tətbiq edilib.

İranın “Shahed” PUA-larının istehsalçısı olan “Shahed Aviation Industries” şirkəti sanksiyaya məruz qalıb. Siyahıda həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Korpusunun komandanı Seyid Ağacani və İranın Müdafiə Nazirliyində maddi-texniki təchizatdan məsul Höccətullah Qureyşi də var.

Mənbə: İnterfaks

Infoteka.az