Infoteka.az
Siyasət

İsveçrə səfiri Rusiya XİN-ə çağırılıb XƏBƏRDARLIQ ALDI

İsveçrənin Rusiyadakı səfiri Kristina Marti Lanq ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, diplomata ölkə parlamentinin Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarı ilə əlaqədar demarş elan edilib.

“Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir.  Rusiya əmlakına hər hansı müdaxilə dövlət səviyyəsində oğurluq hesab olunacaq. Bu təşəbbüs reallaşarsa, cavab tədbirləri Moskvadan gələcək”, - deyə məlumatda qeyd olunub.

Infoteka.az