Infoteka.az
Dünya

Britaniya Azərbaycan vasitəsilə Rusiyaya avtomobil tədarük edə bilər

Britaniya avtomobil istehsalçılarının məhsulları sanksiyalardan yan keçməklə kütləvi şəkildə Rusiyaya idxal oluna bilər, lakin Böyük Britaniya şirkətlərinin buna təsir etmək imkanı yoxdur.

Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Britaniya avtomobillərinin Azərbaycan üzərindən Rusiyaya tədarük oluna biləcəyi iddia edilir. 

Telekanal ölkənin gömrük orqanlarına istinadən xəbər verir ki, ötən il Böyük Britaniyadan Azərbaycana bu kateqoriyadan olan malların tədarükünün həcmi 18,5 dəfə artaraq 276 milyon funt-sterlinqə (352 milyon dollar) çatıb. Söhbət orta qiyməti 100 min funt sterlinq (128 min dollar) olan avtomobillərdən gedir.

Infoteka.az