Infoteka.az
Siyasət

Putin: Rusiya Finlandiya ilə sərhəddə qoşun yerləşdirəcək

Rusiya qoşunları Finlandiya ilə sərhəddə yerləşdiriləcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

O, Finlandiyanın NATO-ya daxil olmasını mənasız hesab etdiyini bildirib.

V.Putin Alyansın Helsinkiyə niyə lazım olduğunu başa düşmədiyini qeyd edib.

“Əvvəllər bizim münasibətlərimiz çox yaxşı olub. Amma indi vəziyyət dəyişəcək”, - Rusiya lideri söyləyib.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.

Infoteka.az