Rusiya, İran və Çin Oman körfəzində birgə hərbi təlimləri başa çatdırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə Oman körfəzində keçirilən təlimin praktiki hissəsi başa çatıb.
“Dəniz təhlükəsizlik kəməri 2024” adı altında keçirilən birgə beynəlxalq dəniz təliminin praktik hissəsinin tapşırıqlarını uğurla yerinə yetirilib. Təlimin nəticələrinə bu gün yekun vurulacaq, İran, Çin, Rusiya, o cümlədən müşahidəçi ölkələr - Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan hərbçilərinin iştirakı ilə bağlanış mərasimi təşkil ediləcək.
Qeyd edək ki, Oman körfəzində iki günlük hərbi təlimlər keçirilib, rus dənizçiləri İran və Çin donanmalarından olan həmkarları ilə birgə manevr və kommunikasiya təlimləri keçirib.
Təlimlərə Rusiya, İran və Çin Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri cəlb olunub.